Неверный логин или пароль
Забыли пароль?
 
22 Ноября 2024 пятница
Agadadashev Jafar
Agadadashev Jafar18.06.2014  с помощью Facebook
Ilkin Akhmed
DAVUDOĞLU İLƏ İLK GÖRÜŞÜM VƏ TƏƏSSÜRATIM Səhv etmirəmsə 2011-ci il idi. ATV-də işləyirdim. Baş redaktor Vaqif Aydınoğlu dedi ki, Əhməd Davudoğlu 2 günlük Bakıya gəlir və onu izləməyi mənə tapşırdı. Deməli birinci günü normal yola verdik. İkinci gün axşam saat 19-00-da nazir Qafqaz Universitetinin tələbələri üçün mühazirə oxuyacaqdı. Bütün tədbirlərdə olduğu kimi, bu tədbirdən öncə də birinci bizimlə, yəni mən və onu iki gün ərzində mənimlə izləyən Xəzər TV-nin müxbiri Vüqar Zülfüqarla görüşdü. Heyran qaldım bu insana! Ən əsası, jurnalistə qoyulan hörmətə! Nazirə yaxınlaşıb dedim ki, "sayın bakanım, 1-2 sualımız var..." O isə cavabında dedi ki, "tələbələri gözlətməyək, ayıb olur". Namaz vaxtı idi. Qafqaz Universityində isə namaz otaqları var. Vüqarla qərar gəldik ki, gedib namazı qılaq. Bilmirdik ki, mühazirə çox çəkməz. Namazdan sonra dəhlizə çıxanda sözün əsl mənasında gözlərim kəlləmə çıxdı. Çünki o boyda Davudoğlu bizi gözləyirdi. FANTASTİKA! O bizi bu sözlərlə qarşıladı: "Sizi özlemek bana şeref... Allah kabul edər, İnşallah!"
Респект ему за этот поступок!