Неверный логин или пароль
Забыли пароль?
 
23 Ноября 2024 суббота
Ramek Ramek27.04.2013  с помощью Facebook
Həyatın ən gözəl yanlarından biri də tək olmamağını hiss etməməkdir.Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında görürsen...Bəzilərnin dostu sevdiyi,bəzilərinin dostu anası,bəzilərininki sinif yoldaşı daha kimlər kimlər...
Önəmlisi onun kim olduğu,hansı millətdən,necə geyinməsindən,kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yaxın olması,əzabına nə qədər yanması,sevindiyindən səndən də çox sevinən,sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməlisən.Qisacası səni içdən anlayan birisi olmalıdır sənin dostun.Əgər sənə kimsə dost deyirsə, deməli sən də onu daxilən anlamalısan...